Bakıda V BEYNƏLXALQ BANKÇILIQ FORUMU keçiriləcək
ONSITE (Ənənəvi formatda) - V BEYNƏLXALQ BANKÇILIQ FORUMU (BBF) – 8-9 Dekabr tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək.
“MasterCard” tərəfdaşlığı çərçivəsində 8-9 Dekabr tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək olan 5-ci BEYNƏLXALQ BANKÇILIQ FORUMUNU (BBF) təqdim etməkdən məmnunluq duyuruq. Tədbir sərgi zalı və sessiyaları ilə onsite keçiriləcək, bununla yanaşı onlayn təqdimatlar və onlayn iştirak imkanı da mövcud olacaq.
Forum “NAĞDSIZ İQTİSADİYYAT: ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI” mövzusunda keçiriləcək.
Biz hamımız üz-üzə görüşə bildiyimiz, xüsusi anları və əsl atmosferanı yaşaya bildiyimiz onsite tədbirlərimizdən ötrü darıxmışdıq. Artıq bu tədbirlər geri qayıdır.
İki günlük bu tədbir Bakıda illik olaraq təşkil edilən iki tədbirdən biridir və regionun ən qabaqcıl maliyyə və bankçılıq tədbiridir. Linkə daxil olaraq bütün tədbirlərimizlə tanış ola bilərsiniz:
https://www.gbmevents.az/en/events
Kifayət qədər tarixə malik olan Forum, bütün maraqlı tərəflərin görüşdüyü, yeni fikirlər, təcrübələr, məhsullar təqdim etdiyi, bir -birindən öyrəndiyi, şəbəkə qurduğu və maliyyə texnologiyalarına, rəqəmsallaşmaya, ödəniş ekosisteminə daha dərindən daxil olduğu mükəmməl bir platforma olaraq özünü göstərdi. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün həmişə yeni imkanların olması bizi ilhamlandırır.
BBF və FINTEX SUMMIT Azərbaycanda bütün bankların icraçı direktorlarının iştirak etdiyi yeganə maliyyə tədbirləridir.
Forum tənzimləyici qurumların, maliyyə texnologiyaları şirkətlərinin, assosiasiyaların baş menecerlərini, beynəlxalq maliyyə institutlarının, yerli səfirliklərin nümayəndələrini, akademikləri, tanınmış şirkətləri, qərar qəbul edənləri və inflyuenserləri bir araya gətirir.
Forum çərçivəsində aşağıda qeyd olunan mövzular ətrafında müzakirələr aparılacaq:
- Rəqəmsal Bank
- Hər Cihazda Bankçılıq
- Platforma Bankçılığı və Rəqəmsal Ekosistem
- İnnovativ Ödəniş Ekosistemi
- Rəqəmsal Valyutalar: Mərkəzi Banklara gedən yol
- Blokçeyn Texnologiyası: Maliyyə Xidmətlərində Tarixi Layihələr
- Təkmilləşən Ekommersiya: Artan Tələb
- Komplaynsa Fokuslanma
- Distant Bankçılıq: Təhlükəsiz İdentifikasiya
- Yeni Normal: Yeni Kibertəhlükəsizlik Trendləri
Qeyd edək ki, bütün iştirakçıların COVID pasportu olmalıdır.
Buradan Azərbaycan Respublikasına daxil olma qaydalarına nəzər sala bilərsiniz.: https://www.azal.az/en/offer/575
Sizi aramızda görməkdən məmnunluq duyarıq.