Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilən "Dördüncü Beynəlxalq Bankçılıq Forumu - Nağdsız İqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru" adlı tədbir 06-07 Noyabr 2019-cu il tarixlərində Bulvar Oteldə keçirilmişdir.

29 oktyabr – 08 noyabr 2019-cu il tarixlərini əhatə edən “Nağdsız cəmiyyət günləri” çərçivəsində, Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyiİqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi ilə ənənəvi “IV BEYNƏLXALQ BANKÇILIQ FORUMU - NAĞDSIZ İQTİSADİYYAT: DAYANIQLI BANKÇILIĞA DOĞRU” adlı Forum öz işini uğurla yekunlaşdırıb.

İki gün keçirilmiş bu ilki Forumda aidiyyəti dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edirlər.

Forum 6 Paneldən ibarət olmaqla,

  • Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar;
  • Bankçılıq – rəqəmsallaşmaya doğru;
  • Bankçılığın transformasiyasının müxtəlif tərəfləri;
  • Yeni ödəniş dünyası;
  • Komplayns və tənzimləmə riskləri;
  • Nağdsız və rəqəmsal iqtisadiyyatın tənzimlənməsi - mözvularını əhatə etmişdir.

Qeyd edək ki, panellərdə 60-dan çox spiker müzakirələr aparmışdır və 1000-dən çox iştirakçı qatılmışdır.

İştirakçılar və spikerlər arasında Mastercard, Cross, Oracle, BS/2, Zolotaya Korona, Tieto, Altair, Antaris, Azericard, Group-IB, Solanteq, ihs Teknoloji, 3D Bilişim, Colvir, Millikart group, Dell, NBA Technologies International, Nice Actimize, НПА, Commerzbank, Terrasoft, PayPorter, Portmanat, SAS, Finanzgruppe, EFSE, Wallyt, S&P Global Ratings, Pafilia, Spektr Centre for Research and Development, Simbrella, Diebold Nixdorf, Polish Bank Association, RDTEX, FICO Tonbeller, Qulix, IDNT, Adecco, Alliance Factors, Koophub, Deloitte, Fintech Association, Ernst & Young, Beynəlxalq Maliyyə Korporasiyası, PolishAPI, МИР, Пластик карта, НАПКА, Paynet, PwC, SWIFT, KPMG, Verifone, Finance in Motion, KUTVAN group, BaFin, Belarusiya Mərkəzi Bankı, Gürcüstan Mərkəzi Bankı, Ukrayna Mərkəzi Bankı, Ashburn International və digər nüfuzlu şirkətlərin nümayəndələri olub, eyni zamanda Forumun Bank tərəfdaşları kimi  AzerTürk Bank ASC, Bank of Baku ASC, Bank Respublika ASC, Expressbank ASC, Premium Bank ASC, Rabitəbank ASC, TuranBank ASC, Unibank KB ASC iştirak ediblər.

Nağdsız Cəmiyyət Günləri”ndə nağdsız iqtisadiyyat, rəqəmsal ödənişlər və buradakı innovativ həllər ilə əlaqədar mövzularda bank əməkdaşlarına, jurnalistlərə və tələbələrə təlimlərin, seminarların və “Meetup”ların təşkili, eləcə də nağdsız ödənişləri stimullaşdıracaq kampaniyalar keçirilmişdir.


Ümumilikdə, “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində 15 tədbir  keçirilmişdir. Forumda spikerlər tərəfindən müxtəlif mövzularda aşağıdakı təqdimatlar edilmişdir:

6 noyabr:

  1. Aleksey Şalin -  Maliyyə sektoru süni intellekt və maşın öyrənmədən necə təsirlənir? 
  2. Dmitri Nazarov - Rəqəmsal bankçılıq: MDB bankları üçün risklər və imkanlar
  3. Maksim Efimov - Mobil ödənişlər və onlar ənənəvi bankçılığı necə dəyişir?
  4. Yekaterina Kalinina - SWIFT “GPI” inqilabı
  5. Alper Gül - Yeni nəsil onlayn kassa aparatları
  6. Cihat Muş - Yeni nəsil bankçılıq və ödənişlər üçün SAS
  7. Erol Ulu - Biznes imkanlarını görə bilmək üçün ödəniş biznesini bankir olaraq dərk edin
  8. Yevgeniy Quşin - Rəqəmsal “bek ofis” - bankın əməliyyat proqramını avtomatlaşdırın
  9. Fərid Quliyev - Rəqəmsal və məsafəli bankçılıq artıq bu gün (Video)
  10. Fərid Osmanov - Mərkəzi Bankda maliyyə texnologiyaları: bu gün və gələcəyə baxış
  11. Hakan Tatlıcı - Ödənişlərin gələcəyi
  12. Kadir Yüceer - Rəqəmsal onbordinq
  13. Kirill Ovsiannikov - Yüksək rəqabətli bazarda ekvayrinq biznesinin inkişafı: Paşa Bank timsalında
  14. Maciej Kostro - PSD2 tərəfindən təqdim edilən yeni ödəniş xidmətləri – onların biznes modellərinə təsiri və artan risklər
  15. Mikaela Vernmark - Korporativ bankçılıq təcrübələrinin virtual hesablar ilə transformasiyası: banklar və biznes üçün faydalar
  16. Mixail Alekseyev - Solanteq – yüksək texnoloji ödənişlərə doğru tək düzgün addım
  17. Nadir Afifi - Rəqəmsal biznesi müasir həllərlə reallığa çevirmək
  18. Svetlana Sergeyeva - Ekvayrinq-yeni çağırışlar və yeni həllər
  19. Denis Novikov - Rəqəmsal Bankçılıq: İnnovativ layihələr üçün hibrid komanda necə təşkil etmək olar
  20. Tatyana Jarkova - Rusiyada maliyyə texnologiyalarının inkişafı - FinTex Assosiasiyası
  21. Tokuro Uhara& Antoni Knod - Azərbaycanda fiat valyutası ilə kriptovalyutaların inteqrasiyası üçün imperativlər

7 noyabr:

  1. Əlixəyyam Quluzadə - Tənzimləyici texnologiyaların (RegTech) rəqəmsal əsrdə rolu: risklər və fürsətlər 
  2. Diana Feld & Daniil Solovyev - Komplaynsın avtomatlaşdırılması və maliyyə fırıldaqçılığının mövcud tendensiyaları
  3. Fərid İsayev - Nağdsız ödənişlər: kölgə iqtisadiyyatı ilə mübarizə aləti və bank sektorunun inkişaf drayveri
  4. Gökhan Gözütok - Biz dünya səviyyəli təhlil və yerli təcrübə ilə maliyyə cinayətlərinin qarşısını alırıq
  5. Günel Sadiyeva - Elektron bankçılıq və iqtisadiyyatın rəqəmsallaşması. Cari vergi tənzimləmələri və çağırışlar: xarici ölkələrin təcrübəsi 
  6. Həbib Abbasov - E-ticarət: Beynəlxalq təcrübə və innovasiyalar – hüquqi çərçivə 
  7. Hiro Takahaşi - Kriptovalyuta mübadilə xidmətləri üçün çoxqatlı təhlükəsizlik analizi metodu
  8. Otabek Sidikov - Müxbir bankçılıq risklərinin idarə olunması
  9. Pavel Şust - ÇPY/TMM tənzimlənməsində əsas trendlər –FATF və risk əsaslı yanaşma ÇPY/TMM landşaftını necə dəyişir 
  10. Sahib Həsənov - Öz müştərini tanı siyasətində rəqəmsallaşma
  11. Seymur Muradov - Tənzimləmələrin kreditləşdirməyə təsiri
  12. Sundip Tengur - Qabaqcıl analitikadan istifadə etməklə gələcək dünyada dələduzluğun qarşısının alınması
  13. Tural Feyzullayev - Rəqəmsallaşmada tənzimləmənin hüquqi aspektləri
  14. Tural Məmmədov - “Elektron icra” informasiya sisteminin tətbiqinin gətirdiyi imkanlar
  15. Vladimir Remıqa - Rəqəmsallaşma: idarəetmə, risklər və komplayns
  16. Volker den Ouden-1 - Embarqolar I: cari vəziyyət və trendlər
  17. Volker den Ouden-2 - Embarqolar II: Rusiya və İran
Digər Xəbərlər