FİNTEX SAMMIT 2020 - ONLAYN
FINTEX ONLAYN VISA ilə tərəfdaşlıq çərçivəsində 08-09 oktyabr 2020 tarixlərində "BANK VƏ ÖDƏNİŞ EKOSİSTEMİNDƏ YENİ TRENDLƏR: İNNOVATİV HƏLLƏR, FİNTEXLƏR VƏ TƏHLÜKƏSİZLİK" mövzusunda keçiriləcəkdir.
Pandemiya həyatımızın demək olar ki bütün sahələrini, iş və həyat tərzimizdən maliyyə xidmətlərinin də əsas rol oynadığı xarici dünya ilə qarşılıqlı əlaqələrimizə qədər hər şeyi dəyişdi. Dünyanın özü kimi, maliyyə xidmətləri də bir daha əvvəlki kimi olmayacaq və bu xidmətləri təmin edənlər də dəyişməli, bütün bu yeniliklərə uyğunlaşmalı, əks halda səhnəni tərk etməlidirlər.
Bu yeni reallıqda maliyyə-bank sektorunun iştirakçılarının dəstəklənməsi, onların doğru platforma üzərindən trendləri yaxından izləməsi, bilik və təcrübələrini bölüşməsi, yeni tərəfdaşlar tapması və öncəkindən də daha çox yeni imkanlar əldə etməsi üçün FİNTEX SAMMIT 2020 - ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) tədbirini keçirməyi qərara aldıq.
FİNTEX 2020 sonsuz imkanlara malik virtual Sammitdir və özündə virtual auditoriya, virtual stendlər, virtual laundj, netvörkinq və digər üstünlükləri birləşdirir.
Kifayət qədər tarixə malik olan Sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, məhsullar təqdim etdiyi, bir-birilərindən öyrəndiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir.
FİNTEX SAMMİT Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqanın, bankların, fintexlərin, assosiasiyaların, beynəlxalq maliyyə təşkilatların, yerli səfirliklərin, akademik dairələrin, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərarqəbuledicilər və influenserləri bir araya gətirir.
Sammitdə Sizlərlə aşağıdakı mövzuları müzakirə edəcəyik:
- Maliyyə xidmətlərində gələcək risklər
- Fintex: tərəfdaşlıq və əməkdaşlıq dövrü
- Ödəniş ekosistemi: dəyişən vərdişlər
- Platforma bankçılığı və rəqəmsal ekosistemlər
- Alternativ maliyyələşmə
- Müştəri təcrübəsi: bankçılıq və fintexin dəyişən dünyası
- Kibertəhlükəsizlik əvvəlkindən daha da vacibdir
- Data: bankçılıq və fintexin gələcəyi
- Blokçeyn və rəqəmsal aktivlər
- Tənzimləyici çərçivə: texnologiyanın tətbiqi
Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər də (mitaplar vebinarlar, yarışmalar və s.) keçiriləcəkdir.
Keçirilmiş ən son FİNTEX SAMMİTİN saytı və videosu: