FINTEX SAMMIT 2022 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO)
Bakıda FINTEX SAMMİT 2022 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbiri keçiriləcək.
VISA ilə əməkdaşlıq çərçivəsində keçiriləcək FINTEX SAMMIT 2022 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirinin baş tutacağı tarixi elan etməkdən məmnunluq duyuruq. Sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda 16-17 iyun 2022-ci il tarixlərində Bakıda keçiriləcəkdir.
Kifayət qədər tarixə malik olan Sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullararını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün hər zaman yeni imkanların olması bizi hər zaman həvəsləndirir.
FINTEX SAMMİT Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.
Sammitdə aşağıdakı mövzular müzakirə ediləcəkdir:
- Bank və fintex ekosistemi: tərəfdaşlıq və əməkdaşlıq imkanları
- Post-covid maliyyəsi: çağırışlar və imkanlar
- Super tətbiqlər və rəqəmsal platformalar
- Açıq və əlaqəli bankçılıq: maliyyə innovasiyalarının gələcəyi
- “Embedded” bankçılıq və bankçılıq xidmət kimi
- Rəqəmsal onbordinq və maneəsiz rəqəmsal səyahət
- Ödənişlərin gələcəyi
- Meynstrimə çevrilən rəqəmsal aktivlər
- Kreditləşmədə yeni yanaşmalar
- Yeni normal, yeni tənzimlənmə
- Bankçılıqda və fintexdə “Big data”
- Kibertəhlükəsizlik
Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər də (mitaplar, vebinarlar, yarışmalar və s.) keçiriləcəkdir.
Sizi aramızda görməyə çox şad olarıq.