Bölgənin ən böyük maliyyə və bankçılıq tədbirlərindən biri olan INTERNATIONAL FINANCE & BANKING SUMMIT 2026 (IFBS 2026) 9–10 iyun 2026-cı il tarixlərində Baku Marriott Hotel Boulevard otelində uğurla keçirildi.

Sammit bankların, maliyyə institutlarının, fintech şirkətlərinin, beynəlxalq təşkilatların, tənzimləyici qurumların, texnologiya təminatçılarının və sənaye assosiasiyalarının aparıcı nümayəndələrini bir araya gətirərək maliyyə sektorunun gələcəyini formalaşdıran əsas trendlər, innovasiyalar və çağırışların müzakirəsi üçün mühüm platforma rolunu oynadı.

IFBS 2026-nın əsas göstəriciləri:

🔹 İştirakçılar – 1 500
🔹 İştirakçı şirkətlər – 300
🔹 Panel müzakirələri – 8
🔹 Spikerlər – 49
🔹 Tərəfdaşlar – 85

İki gün davam edən Sammit çərçivəsində müasir maliyyə ekosisteminin ən aktual mövzuları ətrafında müzakirələr aparıldı:

🔹 Azərbaycanda ödənişlərin gələcəyi, süni intellekt və rəqəmsal transformasiya
🔹 İnkişaf edən bank sektorunda texnologiya və innovasiya
🔹 Maliyyə xidmətlərində məlumatların və süni intellektin rolu
🔹 Ödəniş və hesablaşma sistemləri, interoperabellik, tokenləşdirilmiş pul və müştəri cəlbi
🔹 Rəqəmsal dövrdə daxili audit, təminat və yeni nəsil nəzarət mexanizmləri
🔹 Dələduzluğun qarşısının alınması, kibertəhlükəsizlik, fişinq riskləri, biometrik həllər və süni intellekt əsaslı təhlükəsizlik texnologiyaları
🔹 Effektiv komplayens ekosisteminin qurulması, AML, tənzimləyici tələblər və regional maliyyə bütövlüyü

Sammit çərçivəsində həmçinin bank sektorunda süni intellektin real nəticələrə çevrilməsi, AI-first marketinq, Islamic Window modeli vasitəsilə İslam maliyyəsi təcrübələri, fişinq fırıldaqlarına qarşı müasir həllər, eləcə də bankçılıqda yeni nəsil daxili nəzarət və audit mövzularında əsas çıxışlar təqdim olundu.

IFBS 2026-nın uğurla keçirilməsinə verdikləri dəyərli töhfəyə görə bütün iştirakçılara, spikerlərə, tərəfdaşlara, təşkilatçılara və dəstək göstərən qurumlara səmimi təşəkkürümüzü bildiririk.

Regional və beynəlxalq maliyyə əməkdaşlığını daha da gücləndirmək istiqamətində fəaliyyətimizi davam etdirərək, növbəti böyük tədbirimiz olan X Beynəlxalq Bankçılıq Forumunun 24–25 noyabr 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcəyini məmnuniyyətlə elan edirik.

X Beynəlxalq Bankçılıq Forumu haqqında ətraflı məlumat:
https://gbmevents.az/en/event/x-international-banking-forum

İştirak, tərəfdaşlıq və sponsorluq imkanları üçün bizimlə əlaqə saxlayın:
📧 E-mail: office@gbmevents.az
📞 Telefon / WhatsApp / Telegram / Max: +994 55 727 77 50

#IFBS2026 haqqında daha ətraflı:
https://lnkd.in/d8uM8cSq

Yenilikləri izləməyə davam edin!

Digər Xəbərlər