Bakıda VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2023) keçiriləcək

VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2023) 01-02 noyabr 2023-ci il tarixində, Bakı şəhərində, MasterCard-la əməkdaşlıq çərçivəsində keçiriləcək. Forumun mövzusu: ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQDIR. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilir.

Forum real və onlayn imkanları özündə birləşdirməklə hibrid formada keçiriləcəkdir.

IBF 2022, 2021 və 2019 tədbirini xatırlayaq:

İki günlük tədbir Bakıda illik əsasda keçirilən iki tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Bütün tədbirlərimizi görmək üçün linkə daxil ola bilərsiniz: https://www.gbmevents.az/az/events

IBF 2023 saytı: https://www.gbmevents.az/en/event/the-seventh-international-banking-forum

Kifayət qədər tarixə malik olan Forum bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullararını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün hər zaman yeni imkanların olması bizi hər zaman həvəsləndirir.

IBF 2023 Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

Forumda aşağıdakı mövzular müzakirə ediləcəkdir:

  • RƏQƏMSAL TRANSFORMASİYA: RƏQƏMSAL VƏ NEOBANKLAR
  • DATA VƏ TƏHLİL STRATEGİYASI
  • ÖDƏNİŞLƏRİN TƏKAMÜLÜ: MİNİMUM TƏMASA DOĞRU
  • BANKAPİFİKEYŞN: TƏTBİQ VƏ YA VEB ƏSASLI
  • EMBEDDED MALİYYƏ: SÜRƏTLƏ BÖYÜYƏN EKOSİSTEM
  • AÇIQ BANKÇILIQ YALNIZ BAŞLANĞICDIR
  • FİAT PULLARININ GƏLƏCƏYİ: RƏQƏMSAL AKTİVLƏR?
  • ƏMƏLİYYAT SƏMƏRƏLİLİYİ ÜÇÜN YENİ İMKANLAR
  • ANI, MANEƏSİZ VƏ QARŞILIQLI ƏLAQƏLİ TRANSSƏRHƏD ÖDƏNİŞLƏRİ
  • MƏRKƏZLƏŞDİRİLMƏMİŞ MALİYYƏ (DEFI) İNQILABI
  • KOMPLAYNS VƏ VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ
  • AI MAİNSTRİMƏ DOĞRU
  • BULUD ƏSASLI SİSTEMLƏR VƏ ONLARIN ÖNCƏKİ ALTERNATİVLƏRİ
  • KİBERTƏHLÜKƏSİZLİK, STABİLLİK VƏ DAVAMLILIQ PRİZMASINDAN RƏQƏMSALLAŞMA
  • ESG BANKÇILIQ

Forum çərçivəsində müxtəlif əlaqədar yan tədbirlər (mitaplar, vebinarlar, seminarlar, yarışmalar və s.) keçiriləcəkdir.

Sizi Forumda görməyə çox şad olarıq.

Bizi LinkedIn və Facebook-da izləyin:

  1. https://www.linkedin.com/company/fintex-summit-international-banking-forum
  2. https://www.facebook.com/fintexsummitinternationalbankingforum
Digər Xəbərlər