Pavel KrılovGroup-IB, Onlayn fırıldaqçılığın qarşısının alınması şöbəsinin rəhbəri
Mən bu gözəl Bakı şəhərində bu Sammitdə iştirak etməkdən çox məmnunam. Möhtəşəm təşkilatşılıq, çox maraqlı çıxışlar və mövzular, məhsullar və yanaşmalar haqqında da məlumat verə biləcəyimə sevinirəm. Gələn il də iştirak etməkdən çox məmnun olaram.
Antoni KnodeCROSS LLC, baş menecer
Biz burada olmaqdan, "Cross Exchange"-i təmsil etməkdən və layihəni yaymaqdan və bunu elan etməkdən çox qürur duyuruq.
Koray ArıkanKOBİL Sistemləri, Regional satış müdiri
Kobil kimi, biz bu tədbirə ilk dəfə qoşuluruq. Tədbirdə həm banklarda, həm də həlledici provayderlər tərəfində hər kəslə ünsiyyət prosesində qalırıq. Bu tədbirin təşkili üçün ilk növbədə Azərbaycan Bankları Assosiasiyasına və Azərbaycanın banklarına təşəkkür edirik.
Kristina DorosVisa, MDB və Cənub-Şərq Avropa, Vitse-prezident, Məhsul strategiyası üzrə rəhbər
Biz belə bir Sammitin qlobal sponsoru olmaqdan çox məmnunuq. Həm iştirakçılar, həm də məruzəçilər üçün bu çox möhtəşəm bir tədbirdir, çünki biz şahidi olduq ki, burada çoxlu biznes əməkdaşlıqları baş verir və banklar, fintex şirkətlər, müxtəlif ödəniş bazarlarının nümayəndələri iştirak edir. Bu səbəbdən biz Fintex Sammitin tərəfdaşı olmaqla fəxr edirik, gələcəkdə əməkdaşlığımızı davam etdirməyi planlaşdırırıq.
Hakan TatlıcıMastercard, Biznesin İnkişafı Direktoru
Hər il biz Beynəlxalq Bankçılıq Forumun qlobal sponsoru kimi iştirak edirik. Biz Mastercard olaraq, bu rəqəmsal transformasiyanın bir hissəsiyik və bunu dəstəkləmək üçün əlimizdən gələn hər şeyin ən yaxşısını edirik.