IV Beynəlxalq Bankçılıq Forumu
Nağdsız İqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru
Forum haqqında
Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən iki günlük Beynəlxalq Forum, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən olmaqla Assosiasiya tərəfindən hər il təşkil edilən iki beynəlxalq tədbirdən biridir (https://www.gbmevents.az/en/events).
Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.
Forum maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərini, digər qərar qəbulediciləri, influenserləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələrini, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıların bir araya gəldiyi məkandır.
Məruzəçilər

























































Gündəlik

Maliyyə xidmətlərində gələcək risklər
Qlobal məlumatlara çıxışın artmasına baxmayaraq, bazarların və iqtisadiyyatın bundan sonra hara gedəcəyini anlamaq hər zamankindən daha çətin görünür. Artıq maliyyə qurumları risklərin idarə edilməsinin vacibliyinə daha çox diqqət yetirirlər. Vahid balanslı idarəetməni təmin edən və komplaynsi modernləşdirən, biznesi üçün risklərin azaldılmasında maraqlı olan banklar aydın rəqəmsal strategiya hazırlamalı, əsas prosesləri yenidən tərtib etməli və düzgün rəqəmsal təminatçılar yaratmalıdırlar.

Alternativ maliyyələşmə
Alternativ borc vermə son bir neçə ildə qısa müddətdə maliyyə sənayesində böyük bir qüvvəyə çevrildi. Maliyyə böhranından bəri alternativ kreditləşmə bir çox cəhətdən inkişaf etmiş və hazırda müxtəlif kredit strukturlarını və məqsədlərini əhatə edir. “Peer-to-peer” kredit bazarı alternativ maliyyələşmənin yalnız bir hissəsidir. Sammitdə müzakirələrimiz fərqli alternativ maliyyələşmə variantları üzərində davam edəcəkdir.

Data: bankçılıq və fintexin gələcəyi
Məlumat maliyyə xidmətləri sənayesinin ayrılmaz hissəsidir. Məlumat mərkəzli banklar qərar vermək, müştərilərinə daha müvafiq xidmət göstərmək və əməliyyatlarını asanlaşdırmaq üçün məlumat analitikasından istifadə edə bilərlər. Biz məlumat mərkəzli banklar olmağın üstünlüklərini müzakirə edəcəyik.

Tənzimləyici çərçivə: texnologiyaya tətbiq
Yeni rəqəmsal dövrün nəticəsi olaraq bank sahəsindəki dəyişikliklər maliyyə tənzimləmə və nəzarəti çətinləşdirir. Daim dəyişən tənzimləmə mühiti hər növ maliyyə qurumları üçün bir sıra çətinliklər yaradır. Regtex, komplayens yükünü azaltmağa kömək edə biləcək inkişaf etməkdə olan bir sənayedir. Tənzimləmə məsələlərini həll etmək üçün ən son FinTex texnologiyalarını istifadə edərək, RegTex startapları tənzimləyicilərlə maliyyə xidmətləri sənayesi arasındakı boşluğu aradan qaldırır. Sammit rəqəmsal dövrün tənzimləyici problemlərinin öhdəsindən gəlmək üçün başlıca fikirləri və praktiki həlləri təqdim edir.

Bankların elektron ticarətdə meydana çıxan rolu
Ödənişlər dünya miqyasında pul şəklində dəyəri köçürmək üçün istifadə olunan maliyyə alətləridir. Nəticə budur ki, hazırda dünyada 750-dən çox ödəmə sistemi mövcuddur - yeni texnologiya və ya hökumət qaydaları səbəbindən daim dəyişən sistemlər. Ən son yeniliklərin ödəniş sənayesinə necə təsir edəcəyini müzakirə edəcəyik.

Ağıllı bank texnologiyaları
Maliyyə sektorundakı innovativ texnologiyalar artıq bank sistemində inqilab edib. Önümüzdəki aylar və illər ərzində hansı texnologiya trendləri daha çox əhəmiyyət kəsb edəcək? Biq data və Süni İntellekt? Bulud texnologiyaları? Yalnız rəqəmsal banklar? Bu sualların cavabını birlikdə axtaracağıq.

ƏŞYALARIN İNTERNETİ (İOT) ERASININ YÜKSƏLİŞİ: TRENDLƏR VƏ PROQNOZLAR
İoT maliyyə landşaftı üçün bir çox üstünlüklər yaradır. İoT bank sistemini necə dəyişir? Banklar uğurlu İoT strategiyasını necə qura bilərlər? Forumda İoT-un bank sektoru və maliyyə sisteminin digər sahələrinə gətirə biləcəyi üstünlüklər - sadələşdirilmiş qərarqəbuletmə prosesləri, real vaxt rejimində məlumat mübadiləsi, təkmilləşdirilmiş müştəri xidmətləri, avtomatlaşdırılmış ödənişlər, fırıldaqçılıq hallarının aşkarlanması və qarşısının alınması - barədə müzakirələr aparılacaq.

Rəqəmsallığa doğru: Bankçılığın transformasiyası
Maliyyə institutları inanır ki, rəqəmsallaşma bankçılığı köklü surətdə dəyişəcək və sektorun rəqabət landşaftını tam olaraq transformasiyaya uğradacaq. Bir çox banklar öz rəqəmsal səyahətlərinə illər öncə başlamış və aydın strategiyaya malik olsalar da, hətta onlar belə böyük dəyişikliklərlə üz-üzədirlər.Bankçılığın top menecerlər tərəfindən yönləndirdiyi yeni hərəkətverici qüvvəsi bazarda baş verən dəyişikliklərlə bağlı çağırışların həllinə, daha çevik (agile) və gündəlik fəaliyyətin daha açıq və şəffaf olmasına gətirib çıxaracaq.

Etibarlı autentifikasiya
Forumda güclü müştəri autentifikasiyası, etibarlı autentifikasiyanın təhlükəsizliyi üçün biometrik texnologiyanın inteqrasiyası, identifikasiya şəbəkələri üzrə peşəkar məruzələr olacaq. Bankların dönüşümləri sürətləndirmək və müştəri loyallığının saxlanması üçün yeni autentifikasiyası metodlarından necə istifadə etdiklərindən söhbət açacağıq. Banklar kimlik modellərindən istifadə etməklə müştərilərlə münasibətləri necə dəyişə bilər?

Platform Banking & digital ecosystem
Üçüncü tərəf provayderləri ilə əməkdaşlıq çox müxtəlif xidmətlər və məhsullar təqdim etmək üçün vacib amildir. Platformasiya isə müştəri ehtiyaclarına daha yaxşı və məhdud portfeldən kənar xidmətlər göstərməkdir. Müştərilər platforma bankçılığından bir sıra yollarla faydalana bilərlər: rahatlıq, daha çox seçim, məhsulları müqayisə etmək imkanı, daha yaxşı qiymət və s.Bəs əlverişli bir platforma olmaq üçün bank hansı imkanlara ehtiyac duyur?

"NAĞDSIZ İQTİSADİYYAT: NAİLİYYƏTLƏR VƏ ÇAĞIRIŞLAR " panelinin moderatoru

Açılış nitqi

Açılış nitqi

Açılış nitqi

Açılış nitqi

Açılış nitqi

Açılış nitqi

"BANKÇILIQ – RƏQƏMSALLAŞMAYA DOĞRU" panelinin moderatoru

Rəqəmsal biznesi müasir həllərlə reallığa çevirmək

Rəqəmsal onbordinq

Rəqəmsal onbording

Mərkəzi Bankda maliyyə texnologiyaları: bu gün və gələcəyə baxış
Rəqəmsal “bek ofis” - bankın əməliyyat proqramını avtomatlaşdırın

Rəqəmsal və məsafəli bankçılıq artıq bu gün

Rəqəmsal bankçılıq: MDB bankları üçün risklər və imkanlar
Çay fasiləsi

"BANKÇILIĞIN TRANSFORMASİYASININ MÜXTƏLİF TƏRƏFLƏRİ" panelinin moderatoru

Maliyyə sektoru süni intellekt və maşın öyrənmədən necə təsirlənir?

Korporativ bankçılıq təcrübələrinin virtual hesablar ilə transformasiyası: banklar və biznes üçün faydalar

Azərbaycanda fiat valyutası ilə kriptovalyutaları inteqrasiya etmək üçün imperativlər

Azərbaycanda fiat valyutası ilə kriptovalyutaların inteqrasiyası üçün imperativlər

Bankların dayanıqlı böyüməsi üçün zəruri transformasiya

Rusiyada maliyyə texnologiyalarının inkişafı - FinTex Assosiasiyası

Online fırıldaqçılıq trendləri və statistikası - 2019-2020
Çay fasiləsi

"YENİ ÖDƏNİŞ DÜNYASI" panelinin moderatoru

Ödənişlərin gələcəyi

Yüksək rəqabətli bazarda ekvayrinq biznesinin inkişafı: PaşaBank timsalında

Yüksək rəqabətli bazarda ekvayrinq biznesinin inkişafı: PaşaBank timsalında
Solanteq – yüksək texnoloji ödənişlərə doğru tək düzgün addım

Biznes imkanlarını görə bilmək üçün ödəniş biznesini bankir olaraq dərk edin

Mobil ödənişlər və onlar ənənəvi bankçılığı necə dəyişir?
Müzakirələr
Yemək fasiləsi

"YENİ ÖDƏNİŞ DÜNYASI" panelinin moderatura

SWIFT “GPI” inqilabı

Ekvayrinq-yeni çağırışlar və yeni həllər

Dell texnologiyaları hiper-universal həllər – gələcək bankçılıq platforması

Rəqəmsal Bankçılıq: İnnovativ layihələr üçün hibrid komanda necə yaradılmalıdır?

PSD2 tərəfindən təqdim edilən yeni ödəniş xidmətləri – onların biznes modellərinə təsiri və artan risklər

Yeni nəsil online kassa aparatları

Yeni nəsil bankçılıq və ödənişlər üçün SAS
Müzakirələr
Qarşılama və qeydiyyat

"KOMPLAYNS VƏ TƏNZİMLƏMƏ RİSKLƏRİ" panelinin moderatoru

Açılış nitqi: TRIZ və innovasiya

ÇPY/TMM tənzimlənməsində əsas trendlər –FATF və risk əsaslı yanaşma ÇPY/TMM landşaftını necə dəyişir

Biz dünya səviyyəli təhlil və yerli təcrübə ilə maliyyə cinayətlərinin qarşısını alırıq

Biz dünya səviyyəli təhlil və yerli təcrübə ilə maliyyə cinayətlərinin qarşısını alırıq

Öz müştərini tanı siyasətində rəqəmsallaşma

Komplaynsın avtomatlaşdırılması və maliyyə fırıldaqçılığının mövcud tendensiyaları

Komplaynsın avtomatlaşdırılması və maliyyə firıldaqçılığının mövcud tendensiyaları

Davranışdan öyrənmək və növbəti addımın qiymətləndirilməsi: Gələcək dünyada qabaqcıl SAS təhlilləri ilə fırıldaqçılığın qarşısının alınması
Çay fasiləsi

Rəqəmsallaşma: İdarəetmə, risklər və komplayns

Embarqolar I: cari vəziyyət və trendlər

Embarqolar II: Rusiya və İran

Müxbir bankçılıq risklərinin idarə olunması

Maliyyə sektorundakı kiber davamlılıq - ABŞ təcrübəsi
Müzakirələr
Yemək fasiləsi
Qarşılama və qeydiyyat

"NAĞDSIZ VƏ RƏQƏMSAL İQTİSADİYYATIN TƏNZİMLƏNMƏSİ" panelinin moderatoru

Gələcəyin bankı: İnnovasiyalar və fintek ənənəvi bankçılığı necə dəyişəcək?

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”: yeniliklər və çağırışlar

“Elektron icra” informasiya sisteminin tətbiqinin gətirdiyi imkanlar

Rəqəmsallaşmada tənzimləmənin hüquqi aspektləri

E-ticarət: Beynəlxalq təcrübə və innovasiyalar – hüquqi çərçivə

Nağdsız ödənişlər: kölgə iqtisadiyyatı ilə mübarizə aləti və bank sektorunun inkişaf drayveri

Elektron bankçılıq və iqtisadiyyatın rəqəmsallaşması. Cari vergi tənzimləmələri və çağırışlar: xarici ölkələrin təcrübəsi
Çay fasiləsi

Tənzimləmələrin kreditləşdirməyə təsiri

Tənzimləyici texnologiyaların (RegTech) rəqəmsal əsrdə rolu: risklər və fürsətlər
Müzakirələr
Tədbirlərimizin qalereyası
Azərbaycanı kəşf et









